Gündəm / Siyasət / Cəmiyyət
Kanadanın Baş naziri Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb
Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında müharibəylə əlaqədar ölkəsinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.
Bu barədə “Globalpress.az” “Reuters”ə istinadən xəbər verir.
“Biz Rusiyanın 40 fiziki və 5 hüquqi şəxsinə, oliqarxlara və rejimin müdafiə sektorundakı yaxın müttəfiqlərinə qarşı yeni sanksiyalar irəli sürürük”, - Trüdo bildirib.
O əlavə edib ki, siyahıda olan şəxslərin hamısı Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlıdır.
Trüdo Kiyevə əlavə hərbi yardım da açıqlayıb. Kanada Ukraynanı atıcı silahlarla təmin edəcək və minalardan təmizləmə əməliyyatlarını maliyyələşdirəcək.
Daha çox xəbər:

Aİ Rusiyaya qarşı beşinci sanksiyalar paketi hazırlayır

“Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək”.

Bu şəhərlərə uçuşlar dayandırıldı - Baş nazirdən koronavirus tədbirləri

AVROPADAN RUSİYAYA QARŞI SANKSİYA PAKETİ: nazir, aparat rəhbəri, 361 deputat, banklar, 27 hüquqi şəxs, “Şimal axını 2”...

MDB ölkələri Rusiyaya qarşı sanksiyaları azaltmağın yollarını müzakirə edəcək