Gündəm / Cəmiyyət
Baş Qərargah rəisi Kəlbəcərə getdi
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.
Bu barədə MN-dən bildirilib.
Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb.
General-polkovnik K.Vəliyev dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşərək onun qayğıları ilə maraqlanıb, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonra Baş Qərargah rəisi hərbi birliyin komandir-rəis heyəti ilə xidməti müşavirə keçirib. General-polkovnik K.Vəliyev Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Sonda müasir ümumqoşun döyüşünün aparılması üsulları nəzərə alınmaqla bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişləri aidiyyəti üzrə şəxsi heyətə çatdırılıb.
Daha çox xəbər:

Azərbaycan ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub - FOTO

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb - FOTO

İlham Əliyev şəhid general və polkovnikimizin ailəsinə mənzil verdi - RƏSMİ

Vilayət Eyvazov müşavirə keçirdi, tapşırıqlar verdi - FOTO

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO