Gündəm / Cəmiyyət
Bu ştatda ictimai nəqliyyatda maska taxmaq tələbi ləğv edildi

ABŞ-ın Florida ştatında ictimai nəqliyyatda məcburi qaydada maska taxılması barədə qərar ləğv edilib.
Bu barədə “Globalpress.az” “Associated Press” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Florida ştatının federal dairə məhkəməsi ABŞ administrasiyasının koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ictimai nəqliyyatda maska taxmaq tələbinin uzadılmasını qanunsuz hesab edib və sözügedən qərarı ləğv edib.
Qeyd edək ki, keçən həftə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzləri (CDC) təyyarə, qatar və taksilərdə qoruyucu maskaların məcburi taxılması barədə qərarı mayın 3-dək uzadıb