Gündəm / Siyasət / Hadisə / Dünya
Rusiya Türkiyənin tələbi ilə humanitar dəhliz açdı
Rusiya Türkiyənin tələbi ilə humanitar dəhliz açdı
Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti əsasında Mariupolda olan əcnəbi vətəndaşların təxliyyəsinə yardım edəcək.
Globalpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.
General-polkovnik vurğulayıb ki, Rusiya Ukraynanın təhlükəli bölgələrindən mülki əhalinin və əcnəbilərin təxliyəsi üçün məqsədyönlü və əlaqələndirilmiş iş aparır: "Bu məqsədlə biz BMT, ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla daim qarşılıqlı əlaqədəyik".
O, Rusiya silahlı qüvvələrinin Mariupoldan Berdyanska aparan humanitar dəhliz açacağını və əcnəbi vətəndaşların təxliyəsi üçün sükut rejiminə zəmanət verəcəyini vurğulayıb.
Daha çox xəbər:

Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi

Rusiya və Türkiyə Qarabağdakı ortaq monitorinq mərkəzinin işini yüksək qiymətləndirib

Rusiya MN sülhməramlılarla bağlı məlumat yaydı

Ərdoğandan Putinə: Müharibə heç kimə fayda gətirməyəcək!

Hulusi Akar: Mariupoldan dinc əhalinin və yaralıların dəniz yolu ilə təxliyəsi üçün gəmi dəstəyi verə bilərik