Gündəm / Siyasət / Cəmiyyət
“Azərbaycanın tələbi Qarabağda yaşayan erməni əsilli vətəndaşlara aid deyil”
“Azərbaycanın tələbi Qarabağda yaşayan erməni əsilli vətəndaşlara aid deyil”
“Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir”.
Globalpress.az xəbər verir ki, bu barədə XİN-in yaydığı açıqlamada deyilir.
“Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir.
30 ilə yaxın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla beynəlxalq ictimaiyyətə çağırış edir?!”, - XİN-dən vurğulanıb.
Daha çox xəbər:

Rəsmi Bakıdan Ermənistan XİN-in bəyanatına SƏRT REAKSİYA

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verib

XİN: “ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsini pisləyirik”

XİN: “ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsini pisləyirik”

Rəsmi Bakı Şuşa ətrafındakı erməni təxribatı barədə məlumat yaydı