Gündəm / Hadisə
MN: "Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir"
MN: Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir
"Ermənilərin informasiya təxribatı davam edir".
Bu barədə Globalpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - nazirlikdən qeyd olunub.
Daha çox xəbər:

Ermənilər Goranboy, Tərtər, Ağdam və Xocalını ATƏŞƏ TUTDU

"ERMƏNİ SİLAHLILARININ MÖVQELƏRİNƏ DƏQİQ ZƏRBƏLƏR ENDİRİLİR" - MN-dən açıqlama

Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilər növbəti təxribata cəhd göstərib - RƏSMİ

Çin XİN ABŞ-ı Yaxın Şərqdə hərbi güc tətbiq etməməyə çağırıb

Zakir Həsənovdan ordu rəhbərliyinə tapşırıq - "Ermənilərin təxribatlarına dərhal adekvat cavab verilsin"