Gündəm / Cəmiyyət
Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda iştirak ediblər VİDEO
Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda iştirak ediblər VİDEO
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Globalpress.az-a bildiriblər ki, paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
Daha çox xəbər: