Gündəm / Hadisə
21:46, 23 Mart 2022
0

DİN: Ötən iki gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb

DİN: Ötən iki gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb



DİN: Ötən iki gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb

Daxili İşlər Nazirliyi (DİN) martın 22-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Globalpress.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 74 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.
Digər xəbərlər: