Gündəm / Siyasət / Dünya
İsveçin xarici işlər naziri Ann Linde Azərbaycanı təbrik edib
İsveçin xarici işlər naziri Ann Linde özünün tviter hesabında Novruz bayramı münasibətilə 4 dildə paylaşım edib.
Globalpress.az xəbər verir ki, xarici işlər nazirinin paylaşımlarından biri Azərbaycan dilində olub. İsveçin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında “Novruz bayramınız mübarək”, - yazıb.