Gündəm / Hadisə
Suqovuşanda hərbi hissə açıldı
Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.
Globalpress.az xəbər verir ki, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçısına raport verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxıblar. Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verilib.
Bildirilib ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.
Dövlət başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olublar.
Daha çox xəbər:

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonuna səfər ediblər.

Azərbaycan ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər