Gündəm
“Azərsu” rəhbərliyi vətəndaş qəbulu keçirdi
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Globalpress.az xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Saatlı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Saatlı, Sabirabad və İmişli rayonlarından olan 38 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Daha çox xəbər:

“Azərsu” ASC-nin sədr müavini: “Ölkədə yeni içməli su mənbələri yaradılıb”

“Azərsu” ASC-nin nasosxanasından meyit tapıldı

Prezident Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Tikinti şirkəti “Azərsu”yu məhkəməyə verib

“Azərsu” ASC-də peşəkar kadrları görün kimlər əvəz edir – Biabırçılıq...