Gündəm / Cəmiyyət / İdman
17:43, 17 Mart 2022
0

2020-ci ildə Formula 1-ə alınan biletlər bu il keçərlidir - Bakı Şəhər Halqası

2020-ci ildə Formula 1-ə alınan biletlər bu il keçərlidir - Bakı Şəhər Halqası
Formula 1 Azərbaycan Qran Prisinə maraq böyükdür və bilet satışı davam edir.
Bunu Globalpress.az-a açıqlamasında Bakı Şəhər Halqasının mətbuat katibi Turab Teymurov deyib.
Onun sözlərinə görə, yarışlara biletlərin qiyməti 90 manatdan 970 manata qədərdir.
"2020-ci ildə Formula1-ə bilet alan tamaşaçılar öz biletlərindən bu il istifadə edə bilərlər. Bunun üçün bizimlə əlaqə saxlayıb, biletlərinizi dəyişə bilərsiniz", - T.Teymurov bidirib.
Qeyd edək ki, 10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına fevral ayının 22-dən etibarən start verilib.
Digər xəbərlər: