Gündəm / İqtisadiyyat
Siqaret və alkoqollu içkilərin qiyməti bahalaşa bilər - Ekspert

Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrinin, ölkəyə idxal edilən spirtli içkilərin və tütün məhsullarının vergi rüsumlarının artırılması həmin məhsulların balaşmasına səbəb olacaq.
Bu barədə Globalpress.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
"Siqaretlərdə min ədəd üçün aksiz vergisi əvvəlki 43 manatdan 46,5 manata qaldırılıb. Bu da bir qutu siqaretdə 35 qəpik artım deməkdir. Bu isə siqaretlərin markasından asılı olaraq 35,50 qəpik bahalaşmaya gətirib çıxaracaq. Elektron siqaret və qəlyanlara tətbiq edilən aksizlər də həmin məhsulların qiymətini bahalaşdıracaq. Bundan başqa spirtli içkilərin də qiymətində artım gözlənilir. Əvvəl 80%-lik spirtin bir litrinə aksiz 5,20 qəpik idisə, hazırda 6 manatdır. Bu da spirtli içkilərin qiymətinin 1 manata qədər artmasına gətirib çıxaracaq", - X.Kərimli deyib.
Onun sözlərinə görə, dövlət tütün məhsulları və alkoqollu içkilərdən istifadəyə məhdudiyyət qoymaq məqsədilə aksiz dərəcəsini artırır.
Daha çox xəbər:

Siqaret, qəlyan və əvəzedicilərinin qiyməti Milli Məclisdə müzakirə edildi

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaret aşkarlandı

Azyaşlılara siqaret satanlara qarşı reyd - 6 mağaza aşkar edildi

Azərbaycanda bu tarixdə ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞACAQ

Marketlərdə kəskin bahalaşma - Qiymətlər nə qədər artdı?