Gündəm / Sosial
"Laçın dəhlizi"ndən hərbi məqsədlər üçün istifadə cəhdləri var
Ermənistan tərəfindən il ərzində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının əsas elementlərindən birini təşkil etmiş “hərbi əsirlər” mövzusu üzrə irəli sürülən əsassız ittihamların neytrallaşdırılması, məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması diqqət mərkəzində olub.
Globalpress.az: Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilib.
Bildirib ki, Ermənistan tərəfinin bu kimi təxribat xarakterli hərəkətləri barədə müvafiq beynəlxalq təşkilatlara məktublar ünvanlanıb: “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb”.
Daha çox xəbər:

Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı BƏYANATI

Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilər növbəti təxribata cəhd göstərib - RƏSMİ

Rəsmi Bakı beynəlxalq qurumlara çağırış etdi: Ermənistan yeni hücuma hazırlaşır - CƏDVƏL

SON DƏQİQƏ: Qarabağda xeyli sayda erməni diversant HÜCUMA KECDİ, HAMISI... - ÖLÜ VƏ YARALILAR VAR

Milli Məclis: Avropa Parlamentinin Azərbaycandakı erməni əsirlərlə pis rəftar barədə sənədi qərəzlidir