Gündəm / Cəmiyyət
Taksi xidmətinə nəzarət gücləndirilməlidir

Taksi sürücülərinin iş rejminə nəzarət mexanizmi yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, bəzi taksi sürücüləri iş rejminə əməl etmir və sükan arxasında saatlarla sərnişinlərə xidmət göstərirlər.
Vətəndaşlar deyirlər ki, elə bu səbəbdən də taksi xidmətində keyfiyyət düşüb, təhlükə isə artıb.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, taksi sektorunun hüquqi bazasında ciddi boşluqlar var. Bu sektora nəzarətin aşağı səviyyədə olması fərqlənmə nişanı olmadan taksi xidməti göstərənlərin sayını artırıb. Üstəlik, taksi şirkətlərinin bəziləri də qanun pozuntusuna yol verirlər.
Onun sözlərinə görə, bu sahə nəzarətə götürülməlidir.
Ekspert hesab edir ki, hüquqi baza formalaşmasa, bu sahəyə nəzarət daha da zəifləyəcək və neqativ halların sayı artacaq.
Daha çox xəbər:

Azərbaycanda taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istədi - FOTO

Bakıya elektriklə işləyən "London taksisi" gətirilib - Foto, Video

Keçmiş millət vəkili Vaşinqtonda taksi sürür - HAQQINDA HƏBS QƏRARI VAR

Xızıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs yaxalanıb - FOTO

Məşhur azərbaycanlı xanım müğənni pulsuzluqdan taksi sürməyə başladı - FOTO