Gündəm / Səhiyyə
20:04, 28 Şubat 2022
0

Qan xərçənginin GİZLİ SİMPTOMLARI

Qan xərçənginin GİZLİ SİMPTOMLARI

Qan xərçəngindən əziyyət çəkən pasiyentlərdə bir çoxu aşkar edilməyən bəzi simptomlar ortaya çıxa bilər.

Globalpress xəbər verir ki, bu barədə "Leukemia Care" təşkilatına istinadən "Yexpress" yazıb.

Xüsusi halda, belə əlamətlərdən biri gecələr tərləmədir. Qeyd edilir ki, məhz həddən artıq tərləmə və qızdırma bu xəstəliyin əlamətlərindəndir.

Məlumata görə, digər xəbərdarlıq simptomları orqanizmin zəifliyi, yorğunluq, nəfəs darlığı, başgicəllənmə və ürək döyüntüsüdür. Bundan başqa, iddia edilir ki, leykemiya zamanı dəridə kiçik qançırlar, burun qanaxmaları, həmçinin diş əti qanamaları başlaya bilər.
Digər xəbərlər: