Gündəm / İqtisadiyyat
Azərbaycanda daxili bazarda süni qiymət artımı üzərində monitorinq gücləndiriləcək
Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinq gücləndiriləcək.
Globalpress.az xəbər verir ki, bu məsələ fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında müzakirə edilib.
İclasda qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib.
Daha çox xəbər:

Əli Əsədov qiymət artımı ilə bağlı TAPŞIRIQ VERDİ

Azərbaycanda qazın və elektrik enerjisinin qiymətləri dəyişdirildi - QƏRAR

2022-ci ildə Azərbaycanda inflyasiya dərəcəsi ilə bağlı PROQNOZ

Nəqliyyatda qiymət artımı ilə bağlı sorğu keçirilib

Qiymət artımı görsəniz, bu nömrələrə zəng vurun! - Rəsmi xəbərdarlıq