Gündəm / Cəmiyyət
Daşımaz əmlakın çıxarışının olmama səbəbləri.
Paytaxtda və ətraf qəsəbələrdə sənədsiz evlərin sənədləşdirilməsi daima gündəmdədir. Sənədsiz evlərin siyahıya alınması , əsasən bələdiyyələr tərəfindən aparılır. Vətəndaşların üzərində ev tikdiyi torpaqlar
müvafiq qurumların onlara verdikləri torpaq sahələridir.
Bu bələdiyyələr tərəfindən sərəncamla verilmiş pay torpaqları, yaxud icra hakimiyyəti tərəfindən verilmiş torpaqlardır. İndi torpaqların üzərində inşa olunmuş evlərə sənədin verilə bilməməyinin bir əsas səbəbi ondan ibarətdir ki, evlərin altındakı torpaqların təyinatı yaşayış təyinatlı deyil. O torpaqlar əkin təyinatlı və yaxud maldarlıq məqsədi ilə istifadə edilə bilər.
Torpaqların üzərindəki evlərin sənədləşdirilməsi üçün ilk növbədə o torpaqlar həmin qurumların balansından çıxarılmalıdır. Həmin torpaqların təyinatı dəyişdirilməlidir. Bundan sonra onun üzərindəki evə sənəd verilə bilər. Hazırkı vəziyyətdə isə mülkiyyət bir şəxsin, torpaq isə hər hansı bir təşkilatındır.
Daha çox xəbər:

Prezidentin işğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi haqqında FƏRMANI

Bakıda ucuz evlərin qiymətinin neçə manatdan başladığı AÇIQLANDI

Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO

Bakıda ucuz kirayə mənzillər və evlərin qiyməti neçədən başlayır?

Karantin rejiminin yumşaldılması evlərin qiymətini artıra bilər