Gündəm / Cəmiyyət
Qaz təchizatına qanunsuz müdaxilə edildi..
Paytaxtın Nərimanov rayonunda yerləşən “Nəşvə” restoranının 5753 manat debitor borcunun olması, restoran sahibi tərəfindən bu borcun ödənilməməsi səbəbindən restoranın qaz təchizatı dayandırılıb.
Azəriqaz İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, 2 gün sonra Birlik əməkdaşları sözügedən ünvana yenidən baxış keçirən zaman abonentin özbaşına şəkildə dəmir ötürücü quraşdırmaqla təbii qazdan qeyri-qanuni halda istifadə etdiyi məlum olub.
Birlik əməkdaşları restoranın mətbəxinə baxış keçirmək istəyən zaman onları bir qədər gözlədərək sonradan içəri buraxıblar. Onlar qaz balonundan istifadə etdiklərini iddia ediblər. Lakin mətbəxə baxış keçirəndən sonra təkrar qoşulma yerinə baxdıqda dəmirötürücünün abonent tərəfindən açılaraq götürüldüyü aşkar edilib.
Azəriqaz İstehsalat Birliyi bir daha vətəndaşları qaz təchizatına müdaxilə hallarından uzaq durmağa çağırır. Bundan əlavə bildiririk ki, Birlik əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törədən, onlara zor tətbiq edən şəxslər barədə qanuna müvafiq olaraq tədbirlər görüləcək.
Daha çox xəbər:

Bakıda güclü külək səbəbindən 600 abonentin qaz təchizatında fasilə yarandı – FOTO

Xırdalanda avtomobil qaz xəttini kəsib, üç min abonent qazsız qalıb

Bu ərazilərdə qaz olmayacaq

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ucarda yol qəzası 1600 abonentin qazsız qalmasına səbəb olub - FOTO