Gündəm
Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.
Oxu.Az-ın məlumatına görə, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.
Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.
Daha çox xəbər:

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

20 Yanvar faciəsindən 32 il ötür

Volodin Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

Ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin əziz xatirəsinə göstərilən diqqət və qayğı qürurvericidir - ADPU tələbəsi yazır...

Xalq şəhidlərini anır - VİDEO