Gündəm
Ağsuda avtomobilin elektrik dirəyinə çırpılması yeddi kəndi işıqsız qoyub

“Report” xəbər verir ki, Şamaxı sakini, 30 yaşlı sürücü Əzimov Dərgah Hüseyn oğlu Ağsu-Şamaxı yolunda “VAZ 21011” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə zamanı sürücü D.Əzimov müxtəlif dərəcəli ağır xəsarətlərlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı elektrik dirəyi aşıb, nəticədə yeddi - Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndləri işıqsız qalıb.
Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Daha çox xəbər:

Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu

Oğuzda avtomobil ağaca çırpılıb, iki qardaş xəsarət alıb

Salyanda idarəetmədən çıxan avtomobil maneəyə çırpıldı, sürücü xəstəxanalıq oldu

İsmayıllıda avtomobil ağaca çırpılıb, sürücü ölüb - FOTO

Bakıda avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var