Gündəm
11:17, 24 Aralık 2021
0

Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Qəniyev, Q.Məmmədov, S.Tağıyev, Ş.Şirvanov, M.İsmayılov, F.Ağayev və T.Nüsrətzadədən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə yeddi ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.
Digər xəbərlər: