Gündəm
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sabahdan 160 nömrəli marşrut xətti (“Koroğlu” NMM - Binə qəsəbəsi ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Belə ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə Sabunçu rayonu Yeni Ramana 141, Yeni Ramana 233, Binə qəsəbəsi Əli İsazadə küçəsi üzrə 11 ünvanında, Südçülük, Mehriban Qonşular küçəsi, Nizami Abbasov 24 ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Qeyd edək ki, daha öncə 130 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.
Daha çox xəbər:

Sabahdan daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə olacaq

Sabahdan daha bir avtobusda ödənişlər “BakıKart”a keçir

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə müraciət edib.

Daha bir marşrut xətti “BakıKart” sisteminə keçdi

Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək - SİYAHI