Gündəm
Koronavirusa qarşı olan vaksinin ikinci dozası maksimum nə qədər müddət sonra vurulmalıdır?

“Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan peyvəndlər iki dozalıdır. Birinci dozanı vurdurandan 14 gün sonra anticisimlər yaranmağa başlayır”.
Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova bildirib.
Onun sözlərinə görə, vətəndaş peyvəndin birinci dozasından 28 gün sonra ikinci dozanı vurdurmalıdır:
“Bu müddət ərzində üzrlü səbəbdən ikinci dozanı vurdura bilməyən şəxslərə 56 gün şans verilir”.
N. Daşdəmirova qeyd edib ki, şans verilən müddətdə peyvəndin ikinci dozasını vurdurmayanlar artıq növbəti altı ay üçün gözləməli olacaq və yenidən peyvənd vurduracaq.
Daha çox xəbər:

Türkiyədə koronavirus peyvəndinin hər iki dozası vurulanların sayı 10 milyonu keçdi

Koronavirus peyvəndi vurulan qadından AÇIQLAMA

Azərbaycanda koronavirus əleyhinə vaksin olunanların sayı 890 minə çatır - FOTO

Vərəm əleyhinə peyvəndin koronavirusa qarşı ölümcül təsiri öyrənilib

İsrail alimləri koronavirusa qarşı peyvənd hazırladılar - AÇIQLANACAQ