Gündəm / Cəmiyyət / Hadisə
18:45, 09 Aralık 2024
0

Media açıqlama yaydı

Media  açıqlama  yaydı


Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlib.

Globalpress.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.


“Azərbaycan Respublikası Müdafiə Nazirliyi cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları bölmələrinin Seyfəli poliqonunda taktiki təlim keçirdiyini və narahatlığa heç bir əsas olmadığını bildirib.


"Sosial şəbəkə seqmentinə bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq”, - məlumatda qeyd olunub.
Digər xəbərlər: