Gündəm / Siyasət / Cəmiyyət
Prezident İlham Əliyev Şarl Mişellə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.
Globalpress.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.
O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib mövzulardan biri olduğunu dedi.
Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.
Dövlətimizin başçısı Prezident Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğuladı ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.
Daha çox xəbər:

İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub - Nələr müzakirə edilib?

İlham Əliyev Şarl Mişellə görüşüb

Şarl Mişel və İlham Əliyev Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələləri müzakirə edib

İlham Əliyev Toivo Klaarı qəbul etdi - YENİLƏNDİ

İlham Əliyev Toivo Klaarı qəbul etdi - YENİLƏNDİ