Gündəm / Dünya / Səhiyyə
06:30, 03 Ekim 2024
0

ÜST məlumat yayıb

ÜST  məlumat yayıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ruandada xəstəliyin ilk halları qeydə alındıqdan sonra yeni Marburq virusu epidemiyası təhlükəsi barədə məlumat yayıb.
Globalpress.az xəbər verir ki, azırkı məlumata görə, yoluxmaların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki səhiyyə müəssisəsinin tibb işçiləri arasında qeydə alınıb.

ÜST-ə görə, epidemiya riski regional səviyyədə çox yüksək, lakin qlobal səviyyədə aşağıdır.

Hazırda 27-dən çox yoluxma və 9 ölüm hadisəsi qeydə alınıb. Marburq virusu infeksiyası 88% halda ölümlə nəticələnir.

Hazırda Marburq virusu üçün peyvənd yoxdur.
Digər xəbərlər: