Gündəm / Cəmiyyət / Sosial
Çağırışçılar həqiqi hərbi xidmətə yola salınıb

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.
Globalpress.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat verib.
Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 20-də imzaladığı sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Daha çox xəbər:

Hərbi xidmətə növbəti çağırış

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Bu gündən Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb