Gündəm / Cəmiyyət / Səhiyyə
16:40, 07 Haziran 2024
0

TƏBİB məlumat yaydı

TƏBİB  məlumat yaydı


06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub. Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Globalpress.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.

Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər xəbərlər: