Gündəm / Hadisə / Dünya
09:05, 06 Haziran 2024
0

Ukrayna ABŞ silahları ilə Rusiyaya zərbələr endirib

Ukrayna  ABŞ  silahları ilə Rusiyaya zərbələr endirib


Ukrayna ordusu artıq Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə edib.
Globalpress.az xəbər verir ki, bu barədə senator Maykl Rounds Associated Press (AP) agentliyinə deyib.

Mayın sonunda prezident Co Bayden Kiyevə Vaşinqtonun verdiyi silahlardan Xarkov bölgəsində istifadə etməyə icazə verib. Eyni zamanda, Rusiya ərazisindəki hədəflərə qarşı uzaqmənzilli ATACMS raketlərinin və ya uzaqmənzilli silahların istifadəsinə qoyulan qadağa qüvvədə qalıb.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a silahlarının Rusiya ərazisinə hücumlar üçün istifadəsinə icazə verdiyinə görə təşəkkür edib.

“Frans-Press” Kiyevin hələ Vaşinqtondan icazə aldığı təsdiqlənməmişdən əvvəl Ukraynanın Rusiyadakı, xüsusən də Krasnodardakı hədəflərə qarşı Qərb silahlarından bir neçə dəfə istifadə etdiyini bildirib.
Digər xəbərlər: