Gündəm / Cəmiyyət / Sosial
14:30, 04 Haziran 2024
0

MEDİA -dan kiberdələduzluqla bağlı çağırış

MEDİA  -dan kiberdələduzluqla  bağlı çağırış


Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır.

Globalpress.az xəbər verir ki, bu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib.



Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.



Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiberdələduzluq nümunəsidir.



Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq.
Digər xəbərlər: