Gündəm / Siyasət / Cəmiyyət
09:45, 30 May 2024
0

Minatəmizləmə işində BMT Azərbaycana dəstək verəcək

Minatəmizləmə  işində BMT  Azərbaycana dəstək  verəcək


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin baş katibinin köməkçisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.
Globalpress.az xəbər verir ki, bununla bağlı İ.Jivkoviç sosial şəbəkə hesabında məlumat verib. Görüşün əsas müzakirə mövzusu minatəmizləmə işində BMT-nin dəstəyi məsələsi olub.

Eyni zamanda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün məhsuldar keçdiyini vurğulayan BMT rəsmisi UNDP-nin minatəmizləmə və yaşıl inkişafa dəstək verməyə sadiq olduğunu vurğulayıb və COP29 və ondan kənarda gələcək əməkdaşlığı səbirsizliklə gözlədiklərini qeyd edib.
Digər xəbərlər: