Gündəm / Siyasət / Dünya
16:00, 04 Nisan 2024
0

NATO 75 illiyini qeyd edəcək

NATO  75 illiyini qeyd edəcək


NATO 2024-cü ildə Kollektiv Müdafiə Alyansının qurulmasının 75-ci ildönümünü qeyd edəcək.

Globalpress.az xəbər verir ki, NATO-nun ildönümü aprelin 4-də alyansın Brüsseldəki mənzil-qərargahında və təsis müqaviləsinin imzalandığı Vaşinqtonda iyulun 9-11-də qeyd olunacaq. Bu gün Brüsseldə keçiriləcək tədbirdə alyansa üzv ölkələrin xarici işlər nazirləri, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinken iştirak edəcək.

Tədbirdə NATO-nun Baş katibi Yens Stoltenberq simvolik şokoladlı tort kəsəcək, Belçika Hərbi Hava Qüvvələrinin və Niderland Hərbi Dəniz Qüvvələrinin orkestrləri NATO himnini - “Esprit de Corps”u və Stiven Spilberqin II Dünya müharibəsindən bəhs edən “Silah qardaşları” filmindən musiqiləri səsləndirəcək.

Qeyd edək ki, təsis edildiyi 1949-cu il aprelin 4-dən bəri alyans ölkələrinin sayı 12-dən 32-dək genişlənib.
Digər xəbərlər: