Gündəm / Siyasət / Dünya
00:17, 04 Mart 2024
0

Ərdoğan Pakistanın Baş nazirini təbrik etdi

Ərdoğan  Pakistanın  Baş nazirini təbrik etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu baş nazir seçilməsi münasibətilə təbrik edib.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığında Türkiyə-Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Xatırladaq ki, martın 3-də Şahbaz Şərif Pakistanın baş naziri seçilib.
Digər xəbərlər: