Gündəm / İqtisadiyyat / Cəmiyyət
09:30, 01 Mart 2024
0

Ətin qiyməti ucuzlaşıb

Ətin qiyməti  ucuzlaşıb


Son vaxtlar ətin qiyməti enib. Bu ucuzlaşma xüsusilə bölgələrdə müşahidə edilir.

Qiymətləri və səbəbləri daha ətrtaflı öyrənmək üçün bölgələrdə ət satılan mağazalara üz tutduq. Şəkidə yerləşən qəssab mağazalarının satıcıları deyirlər ki, 5 ay əvvəl ilə müqayisədə ətin qiymətində xeyli fərq var. Satıcılar bildirir ki, bazarda heyvan bol olduğu üçün bu, qiymətlərə də təsir edir. Bərdənin heyvan bazarında da ucuzlaşma olduğu deyilir. Heyvan bazarına gələn qəssablar da bu fikri təsdiqləyirlər. Heyvan alqı-satqısı ilə məşğul olan şəxslər də qiymətlərin ucuzlaşdığını bildirirlər. Satıcılar onu da qeyd edir ki, ətin qiyməti ucuzlaşdığı üçün əhali arasında alıcılıq qabiliyyəti artıb.

Ətraflı Xəzər TV-nin süjetində:
Digər xəbərlər: