Gündəm / Siyasət / Dünya
Azərbaycan və Türkiyə arasında sənədlər imzalandı

Globalpress.az xəbər verir ki, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı imzaladılar.
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzaladılar.
Daha çox xəbər:

İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi - FOTO

Liderlər nələri müzakirə etdilər?

Bu gün MM plenar iclası keçiriləcək

Milli Məclisin payız sessiyası işinə başlayır - İlk plenar iclasın vaxtı və gündəliyi açıqlanadı

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Üçtərəfli Komitə yaradılır - FƏRMAN