Gündəm / İqtisadiyyat / Cəmiyyət
16:30, 12 Şubat 2024
0

Baş nazir Əli Əsədov sərəncam imzalayıb

Baş  nazir  Əli Əsədov sərəncam imzalayıb


Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanını ləğv etməsi ilə əlaqədar yeni sərəncam imzalayıb.
Globalpress.az xəbər verir ki, sərəncama əsasən, "Azərsığorta"da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə Ləğvetmə Komissiyası yaradılmalıdır.

Holdinq Komissiyada təmsil olunacaq nümayəndəsi barədə təkliflərini 3 gün müddətində nazirliyə təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Digər xəbərlər: