Gündəm / Siyasət / Cəmiyyət
08:45, 07 Şubat 2024
0

Seçkinin ilkin nəticələri 21: 00 - da açıqlanacaq

Seçkinin  ilkin nəticələri  21: 00 - da açıqlanacaq


Seçkinin ilkin nəticələrinin saat 21.00-da açıqlanacağı gözlənilir.
Globalpress.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, seçki məntəqələrinin 50-60 faizindən səsvermə ilə bağlı nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapandan sonra ilkin mənzərə aydınlaşacaq.

MSK sədri bu seçkini tarixi seçki adlandırıb və qeyd edib ki, ilk dəfə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan bütün sərhədləri çərçivəsində keçiriləcək.
Digər xəbərlər: