Gündəm / Siyasət / Dünya
G 7 ölkələri Rusiyaya sanksiya tətbiq edir

G 7 ölkələri Moskvaya qarşı sanksiyalar paketi hazırlayır. Sanksiyanın fevralın 24-dən əvvəl tətbiqi planlaşdırılır.
Globalpress.az xarici mediaya istinadən xəbər verir ki, yeni sanksiyalar paketinin məhdudlaşdırıcı siyahısına Rusiyanın onlarla fiziki və hüquqi şəxsinin adı əlavə ediləcək. Bundan əlavə, Rusiyanın Qərb texnologiyalarına çıxışına qarşı tədbirlərin tətbiqi də nəzərdə tutulur.
Nüvə enerjisi, mayeləşdirilmiş təbii qaz və metallar da daxil olmaqla, daha çox sənaye sahələrinə qarşı sanksiyaların genişləndirilməsi müzakirə edilsə də, bu qərar Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən əngəllənib.
Bildirilir ki, Aİ ölkələri Ukraynaya 50 milyard avro yardım göstərilməsi planını yekunlaşdırıb həyata keçirməyə hazırlaşır. Agentliyin məlumatına görə, bu yardım ABŞ Konqresində Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün Amerika vəsaitlərinin bloklanması ilə əlaqədar kritikdir.
Xatırladaq ki, bundan əvvəl G7-nin Rusiya almazlarının birbaşa və ya dolayı yolla idxalına qarşı sanksiyalar tətbiq etməsi barədə məlumat yayılmışdı.