Gündəm / Siyasət / Cəmiyyət
MSK-nın media mərkəzi fəaliyyətə başladı

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.
Globalpress.az xəbər verir ki, Mərkəzin həm feysbuk səhifəsi, həm də telegram kanalı aktiv fəaliyyət göstərməkdədir.
Qeyd edək ki, Mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.
Mərkəzin www.secki-2024.az saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Bu saytda həmçinin seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.
Daha çox xəbər:

Sabah prezidentliyə namizədlərin sənədləri qeydiyyat üçün MSK- ya təqdim oluna bilər

Qarabağda 26 seçki məntəqəsi yaradılıb -

Prezident seçkilərini nə qədər müşahidəçi izləyəcək.

Bu gündən Azərbaycanda prezidentliyə namizədlər irəli sürülə bilər

MSK DSK-nın qərarını ləğv etdi - Seçki dairəsi xüsusi nəzarətə götürüldü