Gündəm / Cəmiyyət / Mədəniyyət
Mehriban xanım Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı paylaşım edib.
Globalpress.az- ın məlumatına görə, birinci xanım instaqramda qeyd edib:
“Əziz bacılar və qardaşlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
Daha çox xəbər:

Birinci vitse-prezident Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

Mehriban Əliyeva ad günü təbriklərinə görə təşəkkür edib

Birinci xanım Azərbaycan xalqını təbrik edib