Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyevin namizədliyi QEYDƏ ALINDI

Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyi qeydə alınıb.
Globalpress.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyanın (MSK) bu gün keçirilən iclasında qəbul edilib.
Məsələ barədə məlumatı MSK sədri Məzahir Pənahov təqdim edib.
Xatırladaq ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.
MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
İndiyədək 15 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.