Gündəm / Dünya / Sosial
13:02, 08 Aralık 2023
0

Qəzzada ölənlərin sayı 17mini ötüb

Qəzzada  ölənlərin sayı 17mini ötüb


Qəzza zolağında son iki gündə daha 930 mülki şəxs öldürülüb.
Globalpress.az xəbər verir ki, bu barədə Fələstin hökuməti məlumat yayıb.

Bildirilir ki, İsrailin Qəzzaya hücumları intensivləşib: "Qəzza zolağında fəlakətli vəziyyət hökm sürür. Ölənlərin sayı son iki gündə 930 nəfər artaraq 17 min 177 nəfərə çatıb".

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, təcili yardm briqadaları və Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşları yaralıların imdadına zamanında və maneəsiz yetişə bilmirlər. İsrail qüvvələri onlara ya mane olur, ya da bombalayr".
Digər xəbərlər: