Gündəm / Siyasət / Cəmiyyət
12:55, 06 Aralık 2023
0

Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik

Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik



Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik.
Globalpress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.

“Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bəzən əsassız olaraq bizi bunda ittiham edirlər. “Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Digər xəbərlər: