Gündəm / Siyasət / Dünya
12:15, 13 Kasım 2023
0

Ərdoğan Almaniyaya səfər edəcək

Ərdoğan  Almaniyaya səfər edəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 noyabr tarixində Almaniyaya rəsmi səfər edəcək.
Globalpress.az xəbər verir ki, Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.

Türkiyə prezidenti buradakı təmasları zamanı İsrailin Fələstinə qarşı qeyri-insani hücumlarını gündəmə gətirəcək və İsrailin hücumlarına qarşı səssiz qalan Avropa ölkələrinə Berlindən mesaj verəcək.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Digər xəbərlər: