Gündəm / Siyasət / Dünya
Qəzzada atəşkəs olmayacaq

Qəzzada atəşkəs olmayacaq.
Globalpress.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABC televiziyasına müsahibəsində deyib.
“Girovlarımızı azad etmədən Qəzzada atəşkəs olmayacaq. Qısa taktiki fasilələrə gəlincə, burada bir saat, orada bir saat, məncə, onlara humanitar yükləri və ya ayrı-ayrı girovları buraxmaq üçün əvvəllər imkanımız olub. Amma mən ümumi atəşkəsin olacağını düşünmürəm”, – o deyib.
Onun sözlərinə görə, bu, İsrailin hərbi səylərinə mane olacaq.
Baş nazir əlavə edib ki, Qəzzada atəşkəs İsrailin girovları azad etmək səylərinə də mane olacaq, çünki “HƏMAS-dakı bu cinayətkarlara qarşı işləyən yeganə şey İsrail tərəfindən tətbiq edilən hərbi təzyiqdir”.