Gündəm / Hadisə / Dünya
09:25, 11 Ekim 2023
0

Səkkiz jurnalist həlak olub

Səkkiz  jurnalist  həlak olub


İsrail döyüş təyyarələrinin Qəzza zolağını bombalaması nəticəsində ölən fələstinli jurnalistlərin sayı 8-ə çatıb.
Globalpress.az xəbər verir ki, hökumətin Qəzzadakı mətbuat ofisi bu barədə yazılı açıqlama verib.

Bildirilib ki, hücum nəticəsində Səid əl-Tavil, Muhammed Subh, Hişam en-Navacihe, İbrahim Lafi, Muhammed Jarğun, Muhammed es-Salihi, Esad Şemlah və Selame Mimedir həlak olub.

Açıqlamada, həmçinin hücumlar zamanı 10 jurnalistin yaralandığı, 2 jurnalistin itkin düşdüyü qeyd edilib.

Digər tərəfdən, 3 jurnalistin evinin tamamilə dağıdıldığı, şəhərdəki 40 media orqanının isə hava hücumlarının hədəfi olduğu vurğulanıb.
Digər xəbərlər: