Gündəm / Siyasət / Dünya
20:10, 29 Eylül 2023
0

Bu ölkələr əməkdaşlıq memorandumu imzalaya bilərlər

Bu ölkələr əməkdaşlıq memorandumu  imzalaya  bilərlər


Rusiya və İran noyabr ayında xüsusi iqtisadi zonalar (XİZ) arasında əməkdaşlıq memorandumu imzalaya bilər.

Globalpress.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidməti İİN rəhbərinin müavini Dmitri Vaxrukov ilə İslam Respublikası Prezidentinin müşaviri – İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə Ali Şurasının katibi Əbdül Maliki Höcətallah arasında baş tutmuş görüşdən sonra məlumat verib.

“İştirakçılar bu ilin noyabrında Rusiya və İranın xüsusi iqtisadi zonaları arasında əməkdaşlığa dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu memorandum istehsal, ticarət-iqtisadi və investisiya qarşılıqlı fəaliyyəti üçün XİZ-lər arasında əlaqələrin genişləndirilməsinə yönələcək”, – Rusiya nazirliyindən qeyd edilib.

İİN-dən əlavə ediblər ki, memorandum ümumi xarakter daşıyır, ona görə də memorandumun davamı olaraq imzalanacaq sənədlərlə bağlı bəzi məsələlər qalmaqdadır.
Digər xəbərlər: