Gündəm / Cəmiyyət
Strateji Ekoloji Qiymətləndirmə üzrə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyasının və Avropa İttifaqının “Avropa İttifaqı ətraf mühit naminə” proqramının dəstəyi ilə Strateji Ekoloji Qiymətləndirmə üzrə məlumatlılığın artırılması məqsədilə 29 sentyabr tarixində seminar keçirilib.
İlk dəfə Bakı şəhərindən kənarda-Gəncədə təşkil edilən seminarda Strateji Ekoloji Qiymətləndirmə, eləcə də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə milli potensialın inkişafı istiqamətində ETSN tərəfindən görülən işlər, ölkəmizin tərəfdaş olduğu milli və beynəlxalq qanunvericiliyin tələbləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Espo Konvensiyası Katibliyinin və yerli beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq və milli ekspertlər, Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də QHT-lər, ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı əsasında, Gəncə şəhərinin baş plan layihəsinə tətbiq edilən Strateji Ekoloji Qiymətləndirmə üzrə pilot layihə çərçivəsində 28 sentyabr tarixində ictimai dinləmə keçirilib və ekoloji qiymətləndirmə nəticələrinə dair rəy və təkliflər dinlənilib.
Daha çox xəbər:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyanat yayıb

Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi üçün keçirilən imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması məqsədilə ərizə qəbuluna başlanılıb

Leyla Əliyeva bir milyon ağac əkilən “Yaşıl Marafon”a yekun vurdu - FOTO

Azərbaycanda dizellə işləyən avtomobillər qadağan olunacaq – RƏSMİ

Azərbaycanda dizellə işləyən avtomobillər qadağan olunacaq – RƏSMİ