Gündəm / Cəmiyyət / Səhiyyə
15:03, 29 Eylül 2023
0

Bu poliklinikada rentgen müsyinəsi məhdudlaşdırıldı

Bu poliklinikada  rentgen müsyinəsi  məhdudlaşdırıldı


Bakı şəhəri, Xəzər rayonunda yerləşən 45 nömrəli şəhər poliklinikasında bəzi cihazların fəaliyyəti məhdudlaşdırılıb.

Globalpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Agentliyin əməkdaşları tərəfindən tibb müəssisəsində radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün bura baxış keçirilib.

Baxış zamanı poliklinikada mövcud vəziyyətin radiasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi və “xüsusi icazə”nin alınmadığı nəzərə alınaraq, tibb müəssisəsinin balansında olan 1 ədəd rentgenoqrafiya və 1 ədəd portativ rentgen cihazının istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.
Digər xəbərlər: